Əhəd Məmmədli ev dustağı olmadı

Əhəd Məmmədli 12 mart aksiyasında

Mayın 24-də hakim Nurəddin Bağırov Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli ilə bağlı vəsatəti təmin etməyib.

Vəkil Yalçın İmanov Ə. Məmmədli haqqında iki aylıq həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi üçün vəsatət qaldırmışdı. Amma hakim heç bir səbəb göstərmədən vəsatəti təmin etməyib.

Bu haqda AzadlıqRadiosuna Ə. Məmmədlinin vəkili Y. İmanov məlumat verib.

Ə. Məmmədli İctimai Palatanın 2 aprel aksiyasına görə həbs olunub. O, Cinayət Məcəlləsinin 233 və 315.1 maddələri ilə ittiham olunur.