NATO-nun Liviya paytaxtına hücumu davam edib

NATO-nun Liviya paytaxtına hücumları davam edib, şəhərdə böyük partlayış səsləri eşidilib. NATO-nun mayın 24-də Tripoliyə hücumlarından 24 saat keçəndən sonra yeni hücumlara start verilib.

Liviya televiziyası ölənlərin sayında artım olduğunu deyir.

ABŞ deyib ki, Liviya rəhbəri Muammar Qaddafi hakimiyyətdən getməyə "məcbur qalacaq".

Muammar Qaddafi 40 ildən çoxdur ki, hakimiyyətdədir.