Bir necə saat saxlanan keçmiş baş nazir Yuliya Timoşenko sərbəst buraxılıb

Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko dünən saxlandıqdan bir necə saat sonra azad edilib. O, mayın 24-də Baş Prokurorluğa aparılıb və uzun müddət sorğu-sual edilib. Timoşenko dəfələrlə prokurorluğa istintaqa çağrılıb.

O, baş nazir olanda 2009-cu ildə Rusiyanın “Qazprom” şirkəti ilə müqavilələrinin imzalanması zamanı vəzifəsindən sui-istifadədə ittiham olunur.

Timoşenkonun partiyası keçmiş baş nazirin həbs olunduğunu bildirmiş, hakimiyyət isə bu ittihamı rədd etmişdi.