İranda milli kimliyi uğrunda dinc mübarizə aparan azərbaycanlı fəallar Əbülfəz Mirzəxanlı və Mahmud Ocaqlı tutulub.
«Media forum» saytının məlumatına görə, İranın Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Əbülfəzl Mirzəxanlı və Mahmud Ocaqlunu Tehran-Qəzvin magistral yolunda, Sulduz şəhərinə gedərkən tutub bilinməz istiqamətə aparıblar.
Fəallar 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən kütləvi aksiyaların 5-ci ildönümündə Sulduz şəhərində keçirilməsi nəzərdə tutulan mərasimə gedirmişlər.