Mayın 26-da səhər saatlarındaTürkiyənin İstanbul şəhərinin Etilər rayonunda partlayış olub, hadisə nəticəsində 8 nəfər xəsarət alıb. Onlardan biri polisdir.
Bu barədə CNN Türk kanalı məlumat verib.
Hadisə avtobus dayanacağının yaxınlığında olub, partlayışa velosipedin üzərinə qoyulan partlayıcının səbəb olduğu açıqlanıb.
Azərbaycanın Türkiyədəki baş konsulu Həsən Zeynalov ANS PRESS-ə bildirib ki, partlayış Azərbaycanın Baş konsulluğundan təxminən 1 km aralıda baş verib. Konsul xəsarət alanlar arasında Azərbaycan vətəndaşlarının olmadığını bildirir.