Amnesty-İnternational Gürcüstandakı zorakılığı araşdırmağa çağırır

Amnesty-İnternational Gürcüstan rəhbərliyini etirazçıalra qarşı aşırı gücdən istifadə faktını araşdırmağa çağırıb.

Cümə axşamı polis Tbilisdə müxalifətin etirazını dağıdarkən rezin güllələrdən və gözyaşardıcı qazdan, dəyənəklərdən istifadə edib. 2 nəfər həlak olub, 10-larla adam yaralanıb. 90 nəfər həbs edilib.

Gürcüstan prezidenti Mikheil Saakashvili etirazçıların Rusiyadan maliyyələşdirildiyini bildirib.