Maltalılar indən belə boşana biləcəklər

Malta sakinlərinin əksəriyyəti boşanmanın qanuniləşdirilməsinə səs verib.

Bunu şənbə günü keçirilmiş referendumun ilkin nəticələri göstərir.

Yekun nəticə bu gün axşam bəlli olacaq.

Malta kəbinin pozulması mümkün olmayan yeganə Avropa Birliyi ölkəsidir.

Katolik kilsəsi ilə hakim millətçi partiya boşanmanın qanuniləşdirilməsinə qarşıdır.