Məktəblərdə «Son zəng»

Sizin brauzer HTML5-i dəstəkləmir

Mayın 31-də yüz mindən çox şagird üçün "Son zəng" çalındı.

Bu il orta təhsil müəssisələrini 100 mindən çox şagird bitirir. Onların 25 mini 11 illik təhsili başa vurur.

Təhsil Nazirliyinin saytında verilən məlumata əsasən, 9-cu sinfi isə 35 mindən yuxarı şagird bitirir.

Təhsil naziri Misir Mərdanovun əmrinə görə, «Son zəng» tədbirləri yalnız məktəb daxilində, saat 10-dan 1-ə qədər keçirilməlidir.

Gələn tədris ili üçün 1-ci sinfə 12 mindən çox şagirdin qəbul olunacağı proqnozlaşdırılır.