Serbiya məhkəməsi Mladicin ekstradisiyasıyla bağlı qərarı təsdiqləyib

Serbiya məhkəməsi Bosniya müharibəsi generalı Ratko Mladicin Haaqa Beynəlxalq Tribunalına ekstradisiyasına qarşı verilən şikayəti təmin etməyib.

Mayın 31-də müharibə cinayətləri prokuroru Bruno Vekaric deyib ki, Mladic ən qısa zamanda ekstradisiya olunmalıdır.

1992-95 - ci illərdəki Bosniya müharibəsi zamanı kütləvi qırğınlarda ittiham olunan Mladic 8000 müsəlman kişi və oğlanın kütləvi öldürüldüyü Srebrenniça soyqırımında da günahkar bilinir.

Mladici 16 illik axtarışdan sonra paytaxt Belqradda həbs eləmişdilər.