Taciklər Leninin abidəsini götürdülər

Tacikistanda keçmiş kommunist lideri Leninə qoyulmuş ən böyük abidələrindən biri götürülüb.

Khujand, əvvəlki Leninabad şəhərindəki heykəlin hündürlüyü 23 metrə çatırdı. Abidəni şəhərin qırağındakı parklardan birinə köçürürlər. Şəhər rəhbərliyi bildirir ki, abidənin köçürülməsi Tacikistan müstəqilliyinin 20-ci ildönümüylə bağlı tədbirlərə hazırlıqla bağlıdır.