NATO Liviyadakı missiyasını genişləndirib

NATO Liviyadakı missiyasının mandatını daha 90 gün uzadıb.

Təşkilatın baş katibi Anders Fogh Rasmussen bildirib ki, bu qərar, alyansın Liviyada öz missiyasını yerinə yetirməkdə qərarlı olmasından xəbər verir.

NATO martın 31-də bu missiyanı ABŞ, Böyük Britaniya və Fransadan öz üzərinə götürüb.

Məqsəd Liviya sakinlərini Gaddafi qüvvələrinin hücumlarından qorumaqdır.