Medvedev Silvio Berlusconi və Joe Bidenlə görüşüb

İtaliyada səfərdə olan Rusiya prezidenti Dimitri Medvedev İtaliyanın baş naziri Silvio Berlusconi və Birləşmiş Ştatların vitse-prezidenti Co Baydenlə (Joe Biden) Yaxın Şərq və Liviyadakı vəziyyəti müzakirə edib.

Görüşdə raket əleyhinəö müdafiə sistemi və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qoşulmasının perespektivlərinə də toxunulub.

İnterfaksın xəbərinə görə, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Natalya Timakova məlumat verib.