Elnur Məcidli barəsində cinayət işinin icraatı dayandırılıb

Elnur Məcidli

Sosial şəbəkələrdə dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə ittiham olunan Elnur Məcidli barəsində cinayət işinin icraatı dayandırılıb. Bu barədə AzdlıqRadiosuna Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

“2011-ci il iyunun 2-də, təqsirləndirilən Elnur Məcidli barəsində cinayət işinin icraatının dayandırılması qərarı verilib”.

Elnur Məcidli bu ilin mart və aprel aylarında sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinə qarşı aksiyalara çağırışların təşkilatçılarından biridir.

Elnur Məcidliyə qarşı cinayət işi aprelin 1-də Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 281-ci maddəsi ilə (Dövlət əleyhinə yönələn açıq çağırışlar) qaldırılmışdı.

1984-cü ildə Bakıda doğulan blogger Elnur Məcidli hazırda Parisdə yaşayır.