Almanlar indi də E.Koli xəstəliyində lobyadan şübhələnir

Almaniya rəsmiləri ölümcül E. Coli xətəliyinin yayılmasına görə indi də ölkədə yetişdirilən lobyanı ittiham edirlər. Ümulilikdə bu virus azı 22 nəfərin həyatına son qoyub, 2 mindən çox adam xəstələnib.

Aşağı Saksoniya əyalətinin Kənd Təsərrüfatı naziri Gert Lindemann deyib ki, ilkin testlər əsasında demək olar ki, xəstəliyin yayılmasına səbəb Hamburq və Hannover arasında yetişdirilən lobya bitkiləri olub.