İyunun 7-də «Akkord» şirkətinin Qazax rayonunda birgünlük aclıq aksiyası keçirən işçilərinin tələbləri yerinə yetirilməyə başlanıb.
Bu barədə AzadlıqRadiosuna aksiya keçirən fəhlələrdən biri, Şöhrət Məmmədzadə məlumat verib.
Öz hesabına iki aylıq məzuniyyətə göndərilən 61 fəhlə tələb edirdi ki, şirkətlə aralarında bağlanan müqavilə onlara təqdim olunsun:
«İndi şirkətlə fəhlələr arasında bağlanan müqavilə bizə paylanmaqdadır. Hələ ki, məzuniyyətlə bağlı ödənişin olub-olmayacağı barədə bir söz deyilmir. Amma tələblərimizi yavaş-yavaş yerinə yetirməyə başlayıblar».
Ş. Məmmədzadə deyir ki, onların bütün tələbləri həftənin sonuna qədər öz həllini tapmasa, yenidən aclıq aksiyasına başlayacaqlar.
«Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası»nın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afaq Quliyeva Qazax Sement Zavodunda çalışan 61 nəfərin iyulun 18-ə kimi ödənişsiz məzuniyyətə göndərildiyini təsdiqləyib. O deyir ki, bu, iş həcminin azalması ilə deyil, sadəcə, qəlibqurma işlərinin yekunlaşması ilə bağlıdır. Məzuniyyətə göndərilənlər də məhz qəlibqurma işlərində çalışan işçilərdir.
A. Quliyeva deyir ki, şirkətdə sənədləşmə işləri yüksək səviyyədə, beynəlxalq standartlara uyğun aparılır:
«Həmin şəxslərin hamısı ilə müqavilə bağlanıb. Bütün işçilərin şəxsi işləri Bakıda yerləşən mərkəzi ofisdə toplanıb».