«Azərbaycan yeni neft-qaz emalı və neft-kimya kompleksinin inşasına 13 mlrd. dollar sərmayə yatıracaq».
Bunu Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Tofiq Qəhrəmanov deyib.
2018-2020-ci illərdə istifadəyə veriləcək yeni kompleks Qaradağ və Abşeron rayonları arasında inşa olunacaq. Zavodda ildə 10-15 mlrd. kubmetr qaz və 10 mln. ton neft emal olunacaq və bunun da xeyli hissəsi ixrac ediləcək.
Tofiq Qəhrəmanov həmin zavodda istehsal olunan məhsulların «Euro-5» standartına cavab verəcəyini deyib:
«Neft məhsullarının əsas hissəsi dizel olacaq ki, ölkəyə dizel ilə işləyən qənaətcil avtomobilləri daha çox idxal etmək mümkün olacaq».
Layihənin icrasına xarici investorların da cəlb edilməsi planlaşdırılır.