Əfqanıstan prezidenti Pakistana gedib

Əfqanıstan prezidenti Hamid Karzai Pakistana gedib. O, Pakistan prezidenti Asif Ali-Zardari və baş nazir Yousuf Raza Gilani ilə danışıqlar aparacaq.

Danışıqların əsas mövzusu Əfqanıstandakı sülh prosesləri, terrorçuluqla mübarizə və ticarət sahəsində əməkdaşlıq məsələləri olacaq.