Əfqanıstanın Host əyalətində azı 4 adam öldürülüb

Bu gün Əfqanıstanın Host əyalətində törədilmiş hücum nəticəsində azı 4 adam ölüb.

Xüsusi təyinatlı polis birləşməsinin komandiri Mohammad Zaher də ölənlərin arasındadır.

Yerli hakimiyyətin verdiyi məlumata görə polis zabitlərini aparan maşın təhlükəsizlik qüvvələrinin bazasından çıxarkən intiharçı özünü partladıb.