Çilidəki vulkan Avstraliyada uçuşları əngəlləyib

Arxiv foto

Çilidə vulkan püsgürməsinə görə bazar günü Avstraliya və Yeni Zelandiyada onlarla təyyarə reysi təxirə salınıb.

Cənubi Amerika ilə Avstraliya arasında min kilometrlərlə məsafə olsa da kül buludu bu ölkəyə çatıb.

Melbrun hava limanında bütün reyslər təxirə salınıb.

Həmçinin Yeni Zelandiyadan Avstraliyanın Tasmaniya adasına uçuşlar dayandırılıb.

Nəticədə 30 mindən çox sərnişin mənzil başına çata bilməyib.

Həmçinin Argentinanın cənubunda bir sıra hava limanları bağlanıb.

Vulkan iyunun 4-dən püsgürür.