Çində etiraz aksiyası dağıdılıb

Çinin cənubundakı Sintan şəhərində polis hökumət binalarını mühasirəyə almış nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq edib. Honk-Konq televiziyası nümayişçilərin necə dağıdılmasını göstərib.

Bu şəhərdə qarmaqarışıqlıq 3 gün əvvəl başlayıb. Çinin dövlət televiziyası bildirib ki, etirazlara səbəb polisin küçədə köşkdə işləyən hamilə qadını təhqir etməsi ola bilər.