Səid Muğanlı ETTELAAT idarəsinin zindanına köçürülüb

Səid Muğanlı

«Mediaforum» məlumat verir ki, iyunun 8-də İranda tutulan gənc şair və jurnalist Səid Muğanlı Təbrizin ETTELAAT idarəsinin zindanına köçürülüb.

Səid Muğanlı İran azərbaycanlılarını maarifləndirmək üçün Azərbaycanca yazılmış ədəbiyyatları fars əlifbasına çevirməklə məşğuldur.

O, 2007-2008-ci illərdə Bakıda keçirilən ədəbi məclislərin iştirakçısı olub.

Bakıdan qayıdandan sonra İranın dövlət quruluşuna qarşı fəaliyyətdə ittiham olunaraq həbs olunmuş, bir müddətdən sonra isə girov müqabilində sərbəst buraxılmışdı.