İraqda partlayış olub, ölən və yaralananlar var

İraqın Diyala əyalətində yaraqlıların administrasiya binasını ələ keçirməyə cəhd edən zaman azı 8 nəfər ölüb, 27 nəfər xəsarət alıb.

Hücumdan əvvəl administrasiya binasının qapıları qarşısında iki partlayış olub.

Kompleksin ərazisində döyüşlər gedir. Bakuuba şəhərinin mərkəzi iraq qüvələri ilə polislər tərəfindən mühasirəyə alınıb.