Ombudsmanlar Bakıya toplaşıb

İyunun 16-da Bakıda Ombudsmanların IX Beynəlxalq Bakı Konfransı başlayıb.

«Milli azlıqlar və miqrantların mədəni hüquqları: hüquqi aspektlər və implementasiya» mövzusunda keçiriləcək konfrans 18 iyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Gününə və Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunub.

Tədbirdə müxtəlif ölkələrdən 48 xarici qonaq iştirak edir.