Kabildə ölənlərin sayı 9-a çatıb

Şənbə günü Kabildə 3 intiharçı prezident sarayının ətrafındakı polis şöbəsinə hücum edib.

İntiharçılardan biri özünü binanın içərisində partladıb.

Nəticədə 3 polis, 1 kəşfiyyatçı və 5 dinc sakin ölüb.

İki intiharçı isə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

İntiharçılar milli ordusunun formasında olublar.