Həftənin şəkilləri - iyun 11-17

İyunun 15-də Londonun qərbində yüksək sürətli yolların birinə qu quşu enib. - AFP agentliyinin əməkdaşı Carl de Souzanın fotosu.

Bu adam məscidin həyətinə toplaşan göyərçinləri kənarlaşdırıb, cümə namazına gələnlərə yer açır, Kabul, 17 iyun. - Foto: AP agentliyinin əməkdaşı Gemunu Amarasinghe

Əfqanıstanda polisin təlim mərkəzinə atılan minmyotdan özünü qorumağa çalışırlar, Wardak əyaləti, 15 iyun. - Foto: AP agentliyinin əməkdaşı Gemunu Amarasinghe

Yunanıstanda mitinqçi polisin atdığı dözyaşardan qaz balonunu polisin özünə qyatarır, Afina, 15 iyun. - Foto: AP agentliyinin əməkdaşı Kostas Tsironis.

Afinada McDonald's restoranın şüşələri sındırlıb, 16 iyun. - Foto: Reuters agentliyinin əməkdaşı John Kolesidis.

Pakistanda isti hava dalğası zamanı uşaqlar su ilə sərinləməyə çalışırlar, Lahore, 14 iyun. - Foto: AFP agentliyinin əməkdaşı Arif Ali.

WikiLeaks-in qurucusu Julian Assange İngiltərədə ayağında polisin elektron nəzarət halqası ilə ev dustağıdır, 15 iyun. - Foto: AP agentliyinin əməkdaşı Kirsty Wigglesworth.

Əfqanıstanda ABŞ əsgərinin top atışı, 12 iyun. - Foto: Reuters agentliyinin əməkdaşı Baz Ratne.

Əfqanıstanda burqa geyinmiş qadın iki uşağı ilə, 14 iyun. - Foto: Reuters agentliyinin əməkdaşı Mohammad İsmail.

Türkiyə ərazisində Suriya qaçqınları, uşaqlar barmaqları ilə qələbə rəmzi olan V işarəsi göstərirlər, 12 iyun. - Foto: AFP agentliyinin əməkdaşı Mustafa Ozer.