Çeçenistanda partlayış olub, ölən və yaralananlar var

Çeçenistanda baş vermiş partlayış nəticəsində daxili qoşunların bir hərbçisi ölüb, 5-i yaralanıb.

İTAR-TASS-ın xəbərinə görə, birinci partlayış Roshni-Chu kəndindəki meşədə olub. Bir hərbçi ölüb, biri yaralanıb. Bundan sonra daha bir partlayış olub. 3 adam, o cümlədən həkim yaralanıb. Üçüncü partlayışda Vedenski rayonunda baş verib. İki hərbçi yaralanıb.