Azərbaycanda narkotik istifadəçilərinin sayı artıb

Son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb

«Təəssüflər olsun ki, Azərbaycanda ötən il narkotik istifadəçilərinin sayı 2500 nəfər artaraq 26 minə yaxınlaşıb. Lakin bu konkret rəqəm deyil, yəqin ki, faktiki say bundan da çoxdur».

Bunu Baş nazirin müavini Əli Həsənov jurnalistlərə açıqlamasında deyib.

26 iyun - Beynəlxalq Narkotiklərlə Mübarizə Günüdür.

Ə. Həsənov qeyd edib ki, son 12 ildə dünyada narkotik istehsalı 78 faiz artıb:

«Bütün dünya narkotiklərdən istifadəyə qarşı mübarizə aparmalıdır. Son 2-3 ildə bəzi narkotiklərin istehsalında azalma müşahidə olunub. Bu, BMT-nin illik hesabatında qeyd olunub».

Ə. Həsənov dünyada narkotiklərlə mübarizə modelinin köhnəldiyini də deyib:

«Narkotiklərlə mübarizə üzrə qanunlar sərtləşdirilməlidir». /APA/