Azərbaycan-Qazaxıstan qarşılaşması Lənkəranda olacaq

Azərbaycanın milli futbol komandası 2012 il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu Qazaxıstan millisiylə keçirəcək.

AFFA-nın məlumatına görə, görüş sentyabrın 6-da Lənkəranın Mərkəzi stadionunda keçiriləcək.

Azərbaycan millisi bundan əvvəl Qazaxıstanda keçirilmiş görüşdə ev sahibinə 2:1 hesabı ilə məğlub olub.