İLHAM ƏLİYEVİN NÜMUNƏ GÖSTƏRDİYİ TİROLUN TARİXÇƏSİ
Azərbaycan prezidenti İlham Əliyev iyunun 23-də «Euronews» televiziyasına verdiyi müsahibədə Dağlıq Qarabağa geniş muxtariyyət verilə biləcəyini deyib və misal olaraq Tirol modelinin adını çəkib.
Bu model «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri, analitik Elxan Şahinoğlunun 2010-cu ildə çap edilən «Dağlıq Qarabağ: Statussuz status (dünyanın 10 muxtariyyət təcrübəsi)» kitabında geniş əks olunub.
Tirol XIV əsrdən başlayaraq Hasburqlar imperiyasının tərkibində olub. 1800-ci ildə İtaliya dövləti yarandıqda, Trentinodakı italyanlar tarixi vətənləri ilə birləşmə tələbini irəli sürüblər. Trentinodan fərqli olaraq Cənubi Tirolda alman dillilər çoxluq təşkil edirdi.
1910-cu ildə Cənubi Tirolda 220 min alman dilli, cəmi 7 min də italyan dilli yaşayırdı. Buna baxmayaraq, Birinci Dünya müharibəsinin sonunda – 1919-cu ildə Paris yaxınlığında - Sen-Jermendə imzalanan sülh müqaviləsinə görə, Trentino və Cənubi Tirol Avstriyadan alınaraq İtaliyaya verildi. Bu qərar bölgənin italyan dilli əhalisi üçün öz müqəddəratını müəyyənləşdirmək hüququ verirdisə, alman dillilər isə əksinə, bu hüquqdan məhrum edildiklərini düşünürdülər.
İtaliyada 1922-ci ildə hakimiyyətə faşistlər gəldikdən sonra bölgədə yaşayan italyan dillilərin sayı sürətlə artmağa başladı. Faşistlər Cənubi Tirolda yerli təşkilatların fəaliyyətlərinə və bölgədə alman dilinin işlənməsinə qadağalar qoydular. Əyalətdəki vəzifələrə alman dillilərin əvəzinə italyan dillilər irəli sürüldülər. Maraqlıdır ki, Almaniya faşistlərinin lideri Adolf Hitlerlə İtaliya faşistlərinin lideri Benissimo Mussolini arasında 1939-cu ildə imzalanan anlaşmaya görə, cənubi tirollular ya Almaniyaya köçməli, ya da Romanın siyasətinə tabe olmalı idilər. 1943-cü il üçün Cənubi Tirolda 176 min etnik alman, 105 min italyan yaşayırdı. Yalnız İkinci Dünya müharibəsinin başa çatması ilə bölgədə durum dəyişdi.
TİROL MODELİ NECƏ YARANDI?
Rəsmi Vyana 1946-cı ildə qalib dövlətlərə müraciət edərək Cənubi Tirolun İtaliyadan alınaraq yenidən Avstriyaya verilməsini istəyir. Böyük dövlətlər İtaliyanı məğlub etmələrinə baxmayaraq, Avstriyanın bu istəyini qəbul etmirlər. Ancaq bunun əvəzində Avstriya və İtaliya xarici işlər nazirləri Parisdə anlaşma imzalayırlar. Həmin anlaşmaya görə də, Cənubi Tirol İtaliyanın tərkibində siyasi, iqtisadi, mədəni, dil muxtariyyəti əldə etməli idi.
İkinci addım kimi 1948-ci ildə Cənubi Tirol-Trentino bölgəsinin muxtar statusu qəbul olundu. İtalyanlar Trentino bölgəsində çoxluq təşkil etdiklərindən muxtar statusun işlək hala çevrilməsində hələ bir müddət problemlər yaşandı. Əyalət ilə Roma arasında münaqişəli hallar da qeydə alındı. 1960-cı ildə Cənubi Tirolda terror aktları baş verdi, İtaliyanın bölgədəki dövlət institutlarına hücumlar edildi.
Bölgədə gərginliyin artmasından çıxış edən Avstriyanın xarici işlər naziri Cənubi Tirol məsələsini BMT Baş Assambleyasının müzakirəsinə çıxarır. Assambleya 1960 və 1961-ci illərdə Cənubi Tirolla bağlı iki qətnamə qəbul edir. Bu qətnamələrə görə, Avstriya və İtaliya danışıqlara başlayaraq Cənubi Tirolla bağlı ziddiyyətləri ortadan qaldırmalı idilər. Bu danışıqların nəticəsində də 1969-cu ildə Cənubi Tirolun statusu ilə bağlı 137 maddəlik sənəd qəbul olunur. Bu sənəd bütün tərəfləri razı saldığından işlək bir mexanizmə çevrilir.
Yeni statusa görə, Cənubi Tirolla Trentino bölgələri ayrılaraq birincidə alman dillilərin daha çox yaşadığı nəzərə alınaraq ona daha çox səlahiyyət verilir. Cənubi Tirol qanunverici və idarəetmə hüquqlarına malik olur. Bu illər ərzində bölgə liderlərinin mərkəzi hakimiyyətlə danışıqları nəticəsində Cənubi Tirolun statusu təkmilləşir. Nəhayət, Avstriya hökuməti 1992-ci ildə «problemin həlli deklarasiyası» adlı sənəd qəbul edərək Cənubi Tirolla bağlı İtaliya ilə heç bir mübahisəsinin qalmadığını bəyan edir.
TİROLUN İNDİSİ
Bu gün Cənubi Tirolda həm alman dillilərin, həm də italyan dillilərin hüquqları qorunur. Cənubi Tirolun geniş qanunverici və idarəetmə hüquqları var, xalq və kənd təsərrüfatı, turizm, dağ sənayesi, sosial və təhsil sahələrində qanunlar çıxarılaraq həyata keçirilir. Digər muxtariyyətlərdə olduğu kimi, xarici siyasət və müdafiə məsələləri mərkəzin tabeliyindədir. Əyalətdə yığılan verginin təxminən 90 faizi orada qalır, ayrıca İtaliyanın dövlət büdcəsindən də ayırmalar edilir. Başqa sözlə, Cənubi Tirol gəlirlərini istədiyi şəkildə idarə edir.
Status anlaşmasına görə, Cənubi Tirolda qəbul olunan hər hansı qanun İtaliya qanunu ilə ziddiyyət təşkil edərsə, məsələ Konstitusiya Məhkəməsində həll olunur. Cənubi Tirolda iki xalq arasında qarşıdurma yaranmasın deyə, vəzifələrin böyük əksəriyyəti rotasiya prinsipi ilə müəyyənləşir, yəni hər hansı vəzifəyə bir müddət alman dilli, o biri müddət italyan dilli rəhbərlik edir. Parlament və komitələrdə həyata keçirilən səsvermədə də etnik amilə diqqət yetirilir ki, hər hansı qanunun qəbulunda iki xalqın mənafeləri diqqətə alınsın.
Buna baxmayaraq, hər yerdə olduğu kimi, Cənubi Tirolda da ara-sıra separatçı meyllər özünü göstərir. Geniş hüquqlara malik əyalətdə həyat şəraitinin yüksək olmasına baxmayaraq, müstəqillik tələb edənlər Cənubi Tirolda da var. Separatçı elementlər alman dillilərlə italyan dillilərin əyalətdə «birgə yaşamadıqlarını», sadəcə «yanaşı yaşadıqlarını» iddia edirlər. Ancaq əhalinin dəstəyini ala bilməyən separatçılar azlıqdadırlar, çünki Cənubi Tirolun alman dilli əhalisinin belə şüarlara ehtiyacları yoxdur, alman dillilər istədikləri qərarları qəbul edir, istədikləri kimi yaşayırlar, buna görə də müstəqilliyə ehtiyac qalmır.
TİROLUN QARABAĞLA OXŞARLIĞI
Cənubi Tirol Avropa nümunəsi olsa da, bu muxtariyyət statusu ilə Dağlıq Qarabağ arasında da paralellər aparmaq mümkündür. Birinci oxşarlıq Dağlıq Qarabağda olduğu kimi, Cənubi Tirolun da iki icmadan formalaşmasıdır.
İkinci oxşarlıq ondan ibarətdir ki, Cənubi Tirol separatizmi ilk illərdə Avstriyaya arxalanırdısa, Dağlıq Qarabağ separatizmi də Ermənistanın dəstəyinə bağlıdır.
Üçüncü oxşarlıq, Avstriya Cənubi Tirolun beynəlxalq aləmdən müharibədə məğlubiyyətə uğrayan İtaliyadan ayrılmasını tələb etdiyi kimi, Ermənistan da özünün müharibədə qalib çıxdığını iddia edərək, dünyanın Dağlıq Qarabağın «müstəqilliyini» tanımasını tələb edir.
TİROLUN QARABAĞDAN FƏRQİ
İndi keçək Cənubi Triolun problemlərinin uğurlu həllini şərtləndirən və onu Dağlıq Qarabağdan fərqləndirən amillərə.
Cənubi Tirol İtaliya ilə Avstriyanın və əyalətdə yaşayan iki xalqın birgə həll etdiyi problemdir. Erməni separatçıları isə azərbaycanlıları bölgədən qovduqdan sonra problemin təkbaşına öz xeyirlərinə həllinə çalışırlar. Cənubi Tirol probleminin masa üzərində birgə həlli ondan xəbər verir ki, torpaq münaqişələrinin paket həlli yoxdur. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli planında bütün maddələrin bərabər tutulmasını, torpaqların azad olunmasını referenduma bağlayır. Cənubi Tirol nümunəsində isə problem mərhələli şəkildə həllini tapıb. Avstriya və bölgədə yaşayan alman dillilər ilk illərdə Cənubi Tirol üçün müstəqillik tələb edirdilərsə, hadisələrin sonrakı inkişafında geniş muxtariyyətin daha məqbul olduğu qənaətinə gəldilər.
Müstəqilliyin münaqişəyə yol açacağını sonrakı illərdə anlayan Avstriya tərəfləri razı salacaq varianta üstünlük verdi ki, prosesdə qalib və məğlub olmasın. Yoxsa alman dillilər də bölgə statusunun müəyyənləşməsində referendum tələbini önə çəksəydilər, proses tamam başqa, təhlükəli istiqamətdə cərəyan edərdi.
Buna ehtiyac duymayan hər iki xalq hazırda eyni siyasi, iqtisadi və mədəni məkanda varlığını sürdürür. Doğrudur, bizim halda Dağlıq Qarabağ və ətrafda tökülən qanlar hafizələrdən hələ uzun illər silinməyəcək. Ancaq Dağlıq Qarabağda azərbaycanlılarla ermənilərin birgə yaşamalarının obyektiv çətinlikləri varsa, «yanaşı yaşama»ya da heç nə mane olmur.
Alman dillilərin bölgəni Cənubi Tirol, italyan dillilərin Bolsano adlandırması da münasibətlərdə problem yaratmır. Dağlıq Qarabağın paytaxtını azərbaycanlılar qədim adı ilə - Xankəndi deyə çağırırlar, ermənilər isə Stepanakert deyirlər. Beynəlxalq konfranslara qatılan erməni separatçıları yaşadıqları şəhərin Xankəndi kimi təqdim edilməsinə daima etiraz edirlər, halbuki Cənubi Tirol - Bolsanonun nümunəsində ad məsələsinin tərəflərin öhdəsinə buraxıldığı görünür.
Cənubi Tirolda verginin 90 faizinin əyalətdə saxlanılması, əlavə olaraq da İtaliyanın dövlət büdcəsindən yararlanması mexanizmi Dağlıq Qarabağda da uğurla işləyə bilər.