İspaniya 2014-cü ildə bütün qüvvələrini Əfqanıstandan çıxarır


İspaniyanın Baş naziri Jose Luis Rodriguez Zapatero bildirir ki, Əfqanıstanda olan 1500 nəfərlik hərbi qüvvəsinin 10 faizini yaxın aylarda bu ölkədə çıxaracaq. 2014-cü ildə isə İspaniyanın Əfqanıstanda bir əsgəri də qalmayacaq.

Bu gün Fransa da bəyan edib ki, ilin sonuna qədər Əfqanıstandan yüzlərlə əsgərini geri çəkəcək.

Bugünlərdə ABŞ prezidenti Barack Obama elan edib ki, Əfqanıstanda vəziyyət getdikcə sabitləşir, ona görə də gələn yayın sonuna qədər hər üç ABŞ əsgərindən biri həmin ölkədən geri qaytarılacaq.