İraqda iki amerikalı hərbçi həlak olub

İraqın şimalında keçirilən hərbi əməliyyat nəticəsində iki amerikalı hərbçi həlak olub. Bu haqda ABŞ-ın hərbi komandanlığından məlumat verilib. Onların ölümü haqda ətraflı məlumat verilmir.

İyun ayında İraqda 11 ABŞ hərbçisi ölüb. 2003-cü ildən İraqda başlanan hərbi əməliyyatlar nəticəsində isə ABŞ-ın 4465 hərbçisi həlak olub.