100 müəllimə hərəsinə 5000 manat

Prezident İlham Əliyev 2010/2011-ci tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında sərəncam imzalayıb

Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncama əsasən, 2010/2011-ci tədris ilində keçirilmiş «Ən yaxşı müəllim» müsabiqəsində müvəffəqiyyət qazanmış 100 müəllim 5000 (beş min) manat birdəfəlik pul mükafatı alacaq.