«Keşikçidağ» Dövlət Qoruğunda 5 min ildən çox yaşı olan əşyalar tapılıb

Qoruğun direktoru Musa Mursaquliyev deyir ki, ərazidə aparılan tədqiqatlar zamanı kuzə və 2 ədəd qədim küp aşkar olunub. Həmçinin, dəfn mərasimlərinə dair əşyalar da tapılıb.

Azərbaycan Milli Elmlər Akademiyası Etnoqrafiya və Arxeologiya İnstitutunun mütəxəssisi Nəcəf Müseyibli bildirib ki, tapıntılar tunc dövrünə aid materiallardır. Araşdırmalar onların 5 min ildən artıq yaşı olduğunu söyləmə əsas verir.

M. Mursaquliyev ərazidə qədim qəbir evlərinə (kurqanlar) rast gəlindiyini də deyib.