Gəncə şəhəri Nizami rayonuna yeni icra başçısı təyin edilib

Prezident İlham Əliyev Məharət Mustafa oğlu Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Məlumatı Azərtac agentliyi yayıb.

Prezidentin digər sərəncamı ilə Paşa İsfəndiyar oğlu Paşayev Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.