Gahirədə gedən toqquşmalarda 600-dək adam yaralanıb

Qahirədə təhlükəsizlik qüvvələrilə davam edən toqquşmalarda 600-dək adam yaralanıb.

500-dən çox adamın xəstəxanaya düşdüyü və onlardan azı 40-nın hüquq mühavizə orqanlarının əməkdaşları olduğu bildirilir.

Polis aksiyaçıları dağıtmaq üçün gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Aksiyaçılar devrilmiş prezident Hosni Mobarakın yaxın ətrafının məhkəməsinin tezləşdirilməsini tələb edirlər.