Qırğızıstan parlament sədrinin Azərbaycana səfəri başlayır

Qırğızıstan parlamentinin sədri Axmatbek Keldıbekov iyulun 2-də Azərbaycana səfəri başlayır.

Bu barədə APA agentliyi Milli Məclisə istinadla xəbər verir.

O İyulun 5-dək davam edəcək səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov və digər dövlət rəsmiləri ilə görüşəcək.

Axmatbek Keldıbekov iyulun 5-də Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının III Qurultayının açılışına da qatılacaq.