Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyulun 3-də keçirdiyi III ixtisas qrupunun imtahanları üzrə cavabları açıqlayıb.
Azərbaycan və ya rus bölməsi üzrə imtahan verən abituriyentlər cavabları komitənin saytında əldə edə bilərlər.
TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə «APA»ya deyib ki, imtahanda iştirak etməli olan 33 minə yaxın abituriyentdən 1800-dən çoxu gəlməyib. «Sual kitabçası»nı dəyişməyə və köçürməyə cəhd göstərən 29 abituriyent isə imtahandan qovulub.
İmtahana mobil telefonlarla keçməyə cəhd faktı aşkar olunmayıb.
III ixtisas qrupunun imtahanları iyulun 3-də Bakı, Naxçıvan, Gəncə və Sumqayıtda keçirilib.