Mladic məhkəmə zalından çıxarılıb

Bu gün Haaqa Məhkəməsində Bosniyadakı keçmiş serb ordusunun komandanı Radko Mladic məhkəmə zalından çıxarılıb. O hakimin suallarına cavab verməkdən imtina edib və məhkəmənin işini pozub. Mladic məhkəmədə özünün seçdiyi vəkilin onu müdafiə etməsində də israr edirmiş.

Bundan əvvəl müdafiə tərəfi Mladicin bu günkü məhkəməni baykot edəcəyini bildirmişdi.

Radko Mladic 90-cı illərin ortalarında Bosniya müharibəsi zamanı soyqırım və hərbi cinayətlər törətməkdə ittiham olunur.

16 il idi ki, məhkəmədən yayınan Mladiç mayın sonunda Serbiyada həbs olunaraq Haaqa məhkəməsinə verilib.