Suriyada yüzlərlə adam həbs olunub

Suriyanın mərkəzi Hama şəhərində yüzlərlə adam həbs olunub. Ötən həftə bu şəhərdə prezident Bashar al-Assadə qarşı böyük etiraz aksiyası keçirilmişdi. 3 nəfərin öldüyü də bildirilir.

Şəhərin sakinlərinin dediyinə görə, əsgərləri daşıyan azı 30 avtobus dünən səhər Hama şəhərinə daxil olub, evlərdə axtarış apararaq, bəzi hallarda atəş də açıb.

Suriyalı hüquq müdafiəçi Reutersə Hamada 250 adamın tutulduğunu deyib.