İraqda yenidən partlayış olub

İyulun 5-də Bağdadın şimalında baş verən iki partlayışda azı 27 nəfər ölüb, 50-dən artıq yaralı var. Ölənlərin sayının artacağı güman edilir.

Təhlükəsizlik rəsmiləri partlayışların Taci şəhərində avtobus parkında baş verdiyini deyib.

Ərazi dövlət idarələrinə yaxın yerdədir.