Tanınmış yapon yazıçısı Haruki Murakami öz ölkəsinin nüvə siyasətini kəskin tənqid edib.
O, zəlzələ və sunamidən sonra Fukuşima Atom Elektreik Stansiyasında yaranan qəzanı “bizim öz əllərimizlə törətdiyimz səhv adlandırıb”.
Yazıçı bu fikirləri İspaniyada - Beynəlxalq Katalonya Mükafatını alarkən etdiyi çıxışında səsləndirib.
Kataloniya Muxtariyyətinin təsis etdiyi mükafatın dəyəri 80 min avrodur.
Murakami bildirib ki, indiyəcən atom bombasının dəhşətlərini yaşamış yeganə xalq olaraq yaponlar nüvə enerjisinə “yox” deməli idilər.
Murakami aldığı mükafatı da martın 11-də Yaponiyada baş vermiş zəlzələ, sunami, eləcə də nüvə böhranı qurbanlarına yardım fonduna keçirəcəyini deyib.
“Bu, yapon xalqının yaşadığı ikinci nüvə fəlakətidir, amma bu dəfə bizi bombalamayıblar, səhvi özümüz öz əlimizlə etmişik... Nüvə enerjisinin təhlükəsizliyinə şübhə ilə yanaşanların fikri hələ də “gerçəklikdən qopmuş xəyalpərəstlər” kimi ciddiyə alınmır.
Hökumət və enerji təchizatı şirkətləri nüvə enerjisinin “effektivliyi”ni qabardaraq zəlzələlərin tez-tez baş verdiyi Yaponiyanı dünyada atom enerjisindən ən çox istifadə edən üçüncü ölkəyə çeviriblər”.
Murakami hesab edir ki, Yaponiya nüvə enerjisini əvəzləmək üçün effektiv enerji mənbələrini inkişaf etdirməlidir.
Amma yazıçı onu da vurğulayıb ki, tarixindəki digər sınaqlar kimi Yaponiyanın hazırkı böhrandan da inamla çıxacağına inanır.
"Japan Times"
Həmçinin oxu
Bakıda Murakaminin kitabı ilk dəfə nəşr olundu!
Haruki Murakami "Sükut" (Hekayə)
Bu kitabı alan kimi gecəni yatmayıb oxuyacam...