2018-ci il Qış Olimpiya oyunları Cənubi Koreyada keçiriləcək

2018-ci ildə Qış Olimpiya oyunları Cənubi Koreyanın Pyeongchang şəhərində keçiriləcək.

Beynəlxalq Olimpiya Komitəsinin qərarı çərşənbə günü Cənubi Afrikanın Durban şəhərində bəyan edilib.

Pyeongchangın rəqibləri Almaniyanın Münhen və Fransanın Ansi şəhərləriydi.