NAHİD. Sarılmaq, qoxlamaq, gülmək

ölüm var gülüm...

belə səsiz durma,

hələ gözlərində yaş olmayıb anan

hələ kürəyin göynəmir atasızlıqdan...

ölüm var gülüm...

yox olmaq var bir sabah çağı, günəş doğmamışdan

bahar gəlməmişdən, qışda üşüməmişdən...

üfüqə çəkilmək.

toxunmamaq var bir gün

hər gün toxunduğun üzə, telə

darıxsan da deməmək var gülüm...

ölüm var gülüm...

hələki gecikməmişik incitdiklərimizin qəlbini almağa

hələ ki imkan var bağışlanmağa

hələki "canım anam" dediyində gülümsəyən

ana var

hələ ki gücsüzlüyündə arxa olan ata var

gec deyil sevdiyini söyləmək,

sarılmaq, qoxlamaq, gülmək.

sarılmaq, qoxlamaq, gülmək.

gec deyil...