Əli Kərim. İlan

Atam deyədi...

Sən ilana tüfəngi
gözlərini
yumub at,
öləcək.
Özü qızıl güllənin
qabağına gələcək.
Sən onu yox,
o sənin
tüfənginin
İlan yuvası
lüləsini,
yarı yolda olan
gülləsini
kirpiksiz gözlərilə
Tezcə nişan alacaq,
yarı yolda olacaq.
Bir an tüstülü göydə
Gülləylə bir qalacaq,
Sonra göyün qəzəblə
vurduğu çubuq kimi
yerə çırpılacaqdır,
Yerdə qıvrılacaqdır.
Ölümə necə aşiq.
Ölümə necə heyran
olub ki,
Özünün də
ölümünü
atılıb
Yarı yolda qarşılar
vəhşi ilhamla ilan.