TELLİ. Sevdim səni


Sevdim səni...

Amma nə varsan, nə də yox!

Mən də yoxluğunu tərləmiş şüşəyə çəkirəm-

dodaqlarımla,

Sonra təbəssüm edən üzündən öpürəm sanki...

Yağış yağır şəhərimə

Darıxan göz yaşları bilirəm mən də-

üşüyür ürəyim,

Sonra günəş doğur, yenə hər yer isinir.

Birdən gəlirsən, qovuşuruq səninlə-

sevinirəm

Sevincimi də çox görürsən.

Çarəsizlik içində küçələri gəzirəm

Elə bil yoxluğunu da əlimdən alacaqsan...