Misirlilər yürüş keçirib

Paytaxt Qahirədə hakimiyyətdən silahlı qüvvələrin uzaqlaşması tələbi ilə minlərlə misirli yürüş keçirib.

Yürüş hakimiyyəti hazırda idarə edən generalların Tahrir meydanında baş verən etirazları yatırmaq üçün bütün qanuni vasitələrdən istifadə edəcəklərini bildirməsindən sonra keçirilib.

Etirazçılar Mübarəkin hakimiyyətdən getməsindən sonra demokratik proseslərin ləng inkişafından qəzəblidirlər.

Misiri 30 ildən çox idarə etmiş Hüsnü Mübarək bu il fevralın 11-də xalq etirazları nəticəsində istefaya getmişdi.