NATO dinc sakinlərin ölümünü araşdıracaq

Əfqanıstandakı NATO komandanlığı dünən Host əyalətində hərbi əməliyyat nəticəsində həlak olmuş 6 dinc sakinin ölümünü araşdıracağını bildirib.

Əvvəlcə hərbçilər bildirmişdilər ki, əməliyyat nəticəsində bir nəfər dinc sakin yaralanıb. Bundan sonra prezident Karzai araşdırma aparılmasını tələb etmişdi.