Rusiya xarici maşınlara qaydaları dəyişdirməyəcək

Rusiyanın baş naziri Putin deyib ki, Dünya Ticarət Təşkilatına qoşulmaq üçün Rusiyanın xarici şirkətlərin minik maşınları istehsalına qoyduğu qaydalar dəyişdirilməyəcək.

Rusiya xarici şirkətlərə idxal güzəştləri əvəzində tələb edir ki, onlar Rusiya üçün ildə 300 min maşın düzəltsinlər və bunun böyük hissəsi Rusiyada istehsal olunsun.