Nazir: «Yaxın vaxtlarda «Bakcell» və «Azercell» 3G lisenziyası ala bilərlər»

Əli Abbasov

Yaxın vaxtlarda Azərbaycanın «Bakcell» və «Azercell» mobil operatorlarına 3G xidmətləri üzrə lisenziya verilə bilər.

Bu barədə iyulun 16-da Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasov bildirib.

O deyib ki, bu operatorlara lisenziyaların verilməsi prosesi son mərhələdədir və operatorlar yalnız bəzi mühüm olmayan texniki məsələləri həll etməlidirlər:

«Lisenziya bu operatorlara artıq yaxın günlərdə, son halda bir həftəyə verilə bilər».

Hazırda Azərbaycanda yalnız «Azerfon» şirkəti 3G xidməti göstərir.

3G «üçüncü nəsil» şəbəkələri 2 GHz tezliyində işləyir və məlumatları 2 Mbit/s sürəti ilə ötürür. 3G şəbəkələri videotelefon əlaqələri təşkil etməyə, mobil telefonda filmlərə, teleproqramlara və s. baxmağa imkan yaradır. /apa/