Həftənin şəkilləri: 9-15 iyul
Əfqanıstanda Helmand əyalətində yerli sakin öz ailəsi ilə Britaniya və Əfqanıstan əsgərlərinin yoxlama məntəqəsini keçir.
Foto: Shamil Zhumatov - Reuters
Liviyada müxalifətin hərbi birliklərində olan bu döyüşçü Muammar Qaddafiyə tabe olan qüvvələrlə döyüşdə çəkilib.
Foto: Esam Al-Fetori - Reuters
Fransanın baş naziri Francois Fillon ölkənin Liviyaya hərbi müdaxiləsinə dair çıxış edərkən deputatlardan biri - Alain Dupont-Aignan ona ağzını Fransa bayrağı ilə yummaqla etiraz edir.
Foto: Jacques Brinon - AP
Sarayevo qəbirstanlığında şəxsiyyəti yeni müəyyən edilmiş 613 qurbanın dəfn mərasimi. Mərasim Serebrenisa qırğınının 16-cı ildönümü münasibətilə keçirilib.
Foto: Amel Emric - AP
Pakistanda keçən il baş verən daşıqna görə evini itirmiş bu kişi indi çadır düşərgəsində yaşayır. O, yatarkən milçəkdən qorunmaq üçün tora bürünüb.
Foto: Akhtar Soomro - Reuters
Minskdə etiraz aksiyası iştirakçılarından birini mülki geyimlilər bu şəkildə həbs edirlər.
Foto: - AzadliqRadiosu
Hindistanda Mumbai şəhərində üç bomba partlayışında azı 20 nəfər həlak oldu.
Foto: Danish Siddiqui - Reuters
Kəraçidə poçt binasının qarşısında bu adam yuxusunu almağa çalışır.
Foto: Athar Hussain - Reuters